Həyatda qalmaq
haqqında...
Londonda Xocalı ilə bağlı tamaşa
Londondakı “St Paul’s” kilsəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tamaşa nümayiş olunub. Tamaşa “Xocalı – həyatda qalmaq haqqında oyun” layihəsi çərçivəsində Britaniya Azərbaycanlıları İcması (BAC) və London Azərbaycan Evinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təqdim edilib.
Nümayişdən öncə çıxış edən ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni XX əsrin ən qanlı hadisələrindən biri adlandırıb.
Tamaşa Britaniyada yaşayan rejissor, yazıçı, “Debunk” teatrının prodüseri Sənan Əliyevin müəllifi olduğu layihə əsasında ərsəyə gəlib. Yaradıcı heyət bu məqsədlə Azərbaycana gələrək Xocalıdan olan məcburi köçkünlərlə də görüşüb və toplanmış materiallar əsasında pyes yazılıb. Pyesin süjeti Xocalıdakı insanların müharibədən əvvəl, müharibə dövrü və müharibədən sonrakı həyatını əhatə edir.
Britaniyalı aktyorların yer
aldığı “Debunk” teatrı tərəfindən
hazırlanan tamaşa maraqla
qarşılanıb.
Mədəniyyət.- 2022.- 2 mart.-
S.8.