Gənclərin xarici
ölkələrdə təhsili ilə bağlı yeni Dövlət Proqramı təsdiq olunub
Azərbaycan gənclərinə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa imkan yaradan yeni Dövlət Proqramı qəbul olunub. Proqram beş il müddətinə nəzərdə tutulub.
Prezident İlham Əliyev fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Proqramı “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” ölkə başçısının 2021-ci il 30 sentyabr tarixli sərəncamına əsasən hazırlanıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılıb. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək.
Təhsil Nazirliyi
tərəfindən mütəmadi olaraq
Dövlət Proqramı iştirakçılarının tədris
dövründə müvəffəqiyyət göstəriciləri
izləniləcək, onların təhsil göstəriciləri
barədə məlumatlar toplanılacaq və qiymətləndiriləcək.
Qiymətləndirilmə nəticələrindən
asılı olaraq, Dövlət
Proqramı iştirakçılarının təhsilinin
maliyyələşdirilməsinin davam
etdirilməsi barədə qərar qəbul olunacaq.
Mədəniyyət.- 2022.- 2 mart.-
S.2.