Şuşa İli” mədəniyyətimizin ən zəngin ili olacaq

 

 

Beş bölmə və 35 bənd üzrə tədbir və layihələr nəzərdə tutulub

 

 

Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı imzalanıb. Tədbirlər Planı 2022-ci ilinŞuşa İlielan edilməsi haqqında” ölkə başçısının 2022-ci il 5 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə tərtib edilib.

Baş nazir Əli Əsədov tərəfindən fevralın 25-də təsdiq olunan Tədbirlər Planı beş bölmədən ibarətdir: Mədəni-kütləvi və idman tədbirləri; Elmi nəşrlərin, audiovizualçap materiallarının hazırlanması; “Şuşa İlinin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; Tarixi-mədəni abidələrin bərpası, ekologiyaturizm üzrə tədbirlər; “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması.

Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək.

Şuşa İlinin ilk böyük tədbiri may ayında Mədəniyyət Nazirliyi, Heydər Əliyev FonduŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Televiziya Muğam Müsabiqəsi 2022”nin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.1;5.