Şuşa İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib

 

Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı imzalanıb.

Tədbirlər Planı 2022-ci ilinŞuşa İlielan edilməsi haqqında” ölkə başçısının 2022-ci il 5 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq edilib.

Baş nazir Əli Əsədovun fevralın 25-də imzaladığı sərəncama əsasən, “Şuşa İli” ilə nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Tədbirlər Planı beş bölmədən ibarətdir: Mədəni-kütləvi və idman tədbirləri; Elmi nəşrlərin, audiovizualçap materiallarının hazırlanması; “Şuşa İlinin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; Tarixi-mədəni abidələrin bərpası, ekologiyaturizm üzrə tədbirlər; “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması.

Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.5.