“Anadır
arzulara hər zaman Qarabağ”
Regional idarə
xor müsabiqəsi keçirəcək
Kürdəmir RMİ-nin təşkilatçılığı
ilə “Anadır arzulara hər zaman Qarabağ” devizi altında regional xor müsabiqəsi keçiriləcək.
Müsabiqənin məqsədi ölkəmizdə
zəngin xor ənənələrinin inkişaf
etdirilməsi, uşaq
musiqi və incəsənət məktəblərində
xor fənninin tədrisi səviyyəsinin
yüksəldilməsi, uşaqlarda
bu sənətə maraq oyadılması, xormeysterlərin yaradıcılıq
fəaliyyətinin təşviqi,
eləcə də uşaqlarda vətənpərvərlik
hisslərinin, Qarabağ-Şuşa
mədəniyyətinin təbliğidir.
“Şuşa İli” çərçivəsində aprel ayında keçiriləcək müsabiqə iki turdan ibarət olacaq. Birinci tur Xocavənd rayon Uşaq musiqi məktəbində, ikinci tur Horadiz şəhər Muğam Mərkəzində təşkil olunacaq. Müsabiqənin yekun turunda incəsənət ustalarının konserti də nəzərdə tutulur.
Müsabiqədə iştirak
etmək istəyən uşaq musiqi və incəsənət məktəbləri
Kürdəmir RMİ-yə müraciət edə bilər.
Mədəniyyət.- 2022.- 4 mart.-
S.4.