Narkomaniya və tütünə
qarşı mübarizə
Tələbələr arasında maarifləndirmə
təlimi
Azərbaycan Turizm və Menecment Universitetində Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən “Gənclər arasında narkomaniya və tütünə qarşı mübarizə ilə bağlı maarifləndirmə” mövzusunda təlim keçirilib.
Birliyin sədri Muğan Əliyev layihənin məqsədi, narkomaniya və pis vərdişlərin fəsadları, sağlam həyat tərzi, bu sahədə informasiya qıtlığının aradan qaldırılması və digər məsələlərdən söz açıb.
Ekspert və təlimçi Məhsəti Hüseynova sağlam həyat tərzi, sağlam qidalanma, siqaret və alkoqolizm kimi pis vərdişlərin yaratdığı fizioloji və psixoloji fəsadlardan bəhs edib, tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Sonda təlimə qatılan tələbələrə sertifikat və maarifləndirici bukletlər təqdim edilib.
Mədəniyyət.- 2022.- 4 mart.- S.6.