Akvarel təəssüratları”

 

Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illiyinə həsr olunmuş satış-sərgi

 

 

Martın 1-də Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış-sərgi təşkil edilib. Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ), Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyəti (İWS) Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzi nəzdində akvarel qalereyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Razi Nurullayev, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyinin həmsədri Səbinə İskəndər, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xalq rəssamları –  ARİ-nin katibi Ağaəli İbrahimov, Arif Hüseynov, sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış ediblər.

 

Bildirilib ki, ötən ilin dekabrında elan edilən sərgiyə 60-a yaxın rəssamın 80-dək əsəri təqdim olunub.

Sərgidə 20-yə yaxın əsər satılıb. Sonda əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunmuş sərgi ölkəmizdə suluboya sənətinin inkişafı, təbliği, bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil edilib.

 

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.3.