Bakıda yapon yeməklərinin təqdimatı

 

 

Martın 2-də Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən yapon yeməklərinin təqdimatı keçirilib. Yeməkləri səfirliyin aşpazı Matsuşita Taisei təqdim edib.

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada qonaqları salamlayaraq bildirib ki, bu il Yaponiya-Azərbaycan münasibətlərinin bərpasının 30 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanın bir sıra rayon və şəhərlərində tədbirlər keçiriləcək. Qeyd edib ki, tədbirin məqsədi yapon mətbəxinin tanıdılmasıdır.

İştirakçılar yapon mətbəxinin təamlarından dadıb, yeməklər haqqında məlumat əldə ediblər.

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.8.