Qarabağın alban-xristian irsini araşdıran alim

 

 

Azərbaycanın Qarabağ bölgəsindəki alban-xristian tarixi irsinin öyrənilməsində  tanınmış arxeoloq alim, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun xüsusi xidmətləri var. Onun fundamental araşdırmalarının nəticəsi olan monoqrafiya kitabları bədnam ermənilərin əzəli yurd yerlərimizdə öztarixi iz”lərini axtarmaq cəhdlərinə tutarlı cavab kimi qəbul edilir.

Rəşid Bahadur oğlu Göyüşov 5 dekabr 1930-cu ildə Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub. 1949-cu ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. 1953-cü ildə təhsilini bitirib təyinatla bir müddət Salyan, Ağdam Ağcabədi məktəblərində müəllim, tədris hissə müdiri, direktor vəzifələrində çalışır.

Ancaq arxeologiya elminə olan marağı onu 1959-cu ildə Azərbaycan EA-nın Tarix İnstitutuna gətirir. Arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Qəbələ şəhərinin dulus məmulatı (I-Õ əsrlər)” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edir.

Rəşid Göyüşov Qarabağda arxeoloji tədqiqatlarını davam etdirir, Qafqaz Albaniyasının xristianlıq tarixi mövzusunda araşdırma aparır. İlk olaraq alban rahibinin dəfn olunduğu Orta əsr alban memarlığı abidələrindən olan Ağoğlan məbədinin yerləşdiyi Amaras şəhər yerində (Laçın rayonu), alban katolikosluğunun iqamətgahı olmuş Xəznədağ (Gəncəsər-Qanzasar) monastırı (Kəlbəcər rayonu) ilə bağlı araşdırmalar aparır, bu mövzuda məqalələr yazır.

Alban-xristian irsinə sahib olmaq istəyən ermənilər onun bu tədqiqatlarına hər vəchlə qarşı çıxırlar. Amma bütün bunlara baxmayaraq, Rəşid Göyüşov araşdırmalarını davam etdirir. Arxeoloji qazıntı materialları yazılı mənbələr əsasında 1975-ci ildəAmaras-Ağoğlanadlı monoqrafiya nəşr etdirir. 1986-cı ildə isə aliminQanzasar alban abidəsidir” (rus dilində) adlı kitabçası işıq üzü görür.

Dərin elmi əsərləri ilə diqqəti çəkən alim 1976-cı ildə SSRİ EA Dağıstan filialının Q.Dadasi adına Tarix, Dil Ədəbiyyat İnstitutu tərəfindən Cənubi Dağıstan arxeoloji ekspedisiyasına dəvət edilir. O, iki ay Dərbənd, Məhərrəmkənd, Qasımkənd Axtı rayonları ərazilərindəki xristian abidələri ilə tanış olur. Arxeoloq alimQafqaz Albaniyasında xristianlıqmövzusunda doktorluq işini ermənitarixçilərincəfəng müdaxilələrinə baxmayaraq, 1979-cu ildə Gürcüstan EA-nın Tarix İnstitutu nəzdindəki ixtisaslaşdırılmış Elmi şurada müvəffəqiyyətlə müdafiə edir. Tədqiqatçının bu elmi araşdırması 1985-ci ildə rus dilində (Azərbaycan ingilis dillərində xülasə ilə) nəşr olunur.

 

Araşdırmalarda qeyd olunur ki, Rəşid Göyüşovun təşəbbüsü ilə 1980-ci ildə Tarix İnstitutunda Yeni tikinti sahələrinin arxeoloji tədqiqi üzrə şöbə yaradılır. O, şöbəyə müdir təyin olunur. Alim bu istiqamətdə diqqətəlayiq işlər həyata keçirir. Naxçıvanda Araz su qovşağı tikintisi sahəsinin, Xudafərin Qız qalası (Cəbrayıl rayonu) su  qovşaqlarının, Yenikənd Şamxor SES-nin, Mozdok-Qazıməmməd qaz kəməri çəkilişi sahəsi digər böyük tikinti sahələrinin arxeoloji abidələri məhz onun rəhbərliyi ilə öyrənilir.

 

Rəşid Göyüşov Azərbaycanda arxeologiya elminin yeni nəsillərə öyrədilməsi üçün tədris ədəbiyyatlarının hazırlanmasını da diqqətdə saxlayır. 1986-cı ildə nəşr olunanAzərbaycan arxeologiyasıadlı dərs vəsaiti elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. O, respublikamızda keçmiş ittifaqın bir sıra şəhərlərində elmi sessiya konfranslara qatılıb, həmçinin dəvət olunduğu Kemerovo, Moskva, Tbilisi, Daşkənd, Təbriz şəhərlərinin ali məktəblərində mühazirələr oxuyub. Müxtəlif ali məktəblərlə qurduğu əlaqə onda “SSRİ arxeologiyasıdərsliyində Azərbaycanın da lazımi dərəcədə əks olunması fikrini doğurur. Bu işi yerinə yetirmək üçün akademik A.Martınovla əməkdaşlıq edir. 1989-cu ildə onların şərikli yazdıqları “SSRİ arxeologiyasıdərsliyi işıq üzü görür. O, kitabda türkdilli xalqların arxeologiyasına daha geniş yer verilməsinə səy göstərir buna nail olur.

 

Rəşid Göyüşov 90-cı illərin əvvəllərində işğal olunan ərazilərimizdə erməni alimləri tərəfindən həyata keçirilən tarixi saxtalaşdırmalara cavab kimiQarabağın keçmişinə səyahətadlı elmi-kütləvi kitabını, bu mövzuda onlarla məqaləsini dərc etdirir.

 

Görkəmli arxeoloq alim 19 yanvar 1999-cu ildə vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.6.