“Çağdaş Azərbaycan
nəsrində mifologizm”
AMEA-nın Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovanın “Çağdaş Azərbaycan nəsrində mifologizm” monoqrafiyası nəşr olunub.
AMEA-dan bildirilib ki, kitabın elmi redaktoru mərhum alim Kamran Əliyev, rəyçiləri isə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Əfzələddin Əsgərdir.
Monoqrafiyada çağdaş Azərbaycan
bədii nəsrində rast gəlinən
mifologizmlər Azərbaycan, eləcə də dünya
folklor nümunələri ilə
müqayisəli şəkildə tədqiqata cəlb olunub, mifoloji obraz, motiv və süjetlərə
müraciətin özünəməxsusluğu və bu zaman
yazıçıların həyata keçirdiyi
yaradıcılıq maneraları təhlil edilib.
Mədəniyyət.- 2022.- 4 mart.-
S.6.