Teatr baharı” – müstəqil teatrların festivalı

 

Təbiət donunu təzələyir, qış yavaş-yavaş yerini bahara verir. Düzdü, bu günlər dünyanın savaşlı, qan-qadalı, qlobal qorxulu böyük bir coğrafiyasında bu elə hiss edilmir. Üstəlik, get-gedə qloballaşan hərb havası mədəniyyət, sənət üzərində hakim olmaqdadır. Amma tarixin bütün zamanlarında, dünyanın ən ağır savaş sınaqlarında, seçim qarşısında məşhurOlum, ya ölüm?” zühur edib çətinliklə olsa, “olumqalib gəlib. Sənət, mədəniyyət onun ən diri, ən emosional təsirli təbii forması olan teatr da...

Bizim teatr səhnəmizdə ikiillik pandemiyadan sonra  sənət özünün vacib olduğunu uzaq-yaxın ətrafına isbata can atır. Teatr baharısloqanı ilə başlayan festival da fəsli-baharı səhnədən duymaq istəyənlər üçün fürsətdir.

Martın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə I Müstəqil Teatrlar Festivalının açılışı oldu.

Festivalın məqsədi ölkədəki teatr mühitinin yeni adlar formalarla zənginləşməsinə, səhnə sənətinin gənclər arasında populyarlaşması təşviqinə töhfə verməkdir.

R.Behbudov adına Dövlət Mahnı Teatrının zalını dolduran tamaşaçılar qarşısına ilk olaraq layihənin təşkilatçılarından biri, Xalq artisti, Dövlət Yuğ Teatrının aktyoru müstəqilM.Teatr”ın yaradıcısı Vidadi Həsənov çıxdı.

Sözünə dost Ukraynada davam edən qanlı hadisələrlə başlayan aktyor tamaşaçılardan münaqişə zamanı dünyasını dəyişənlərin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sənətkar bəşəriyyətin xilasına ümid etdiyini bildirdi, mədəniyyətin, sənətin barışdırıcı, birləşdirici missiyasından danışdı.

2-7 mart tarixini əhatə edən festivalın proqramı barədə danışan Vidadi Həsənov  bildirdi ki, proqrama müxtəlif janr üslubda 11 tamaşa daxil edilib. Vurğuladı ki, festival çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Aktyor gələcəkdə festivalın coğrafiyasının genişlənməsində, bölgələrdə təşkilində maraqlı olduqlarını dedi.

Sonra söz Mədəniyyət Nazirliyi İncəsənət qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovaya verildi. O, nazirliyin ötən müddət ərzində teatr sahəsi, xüsusən müstəqil teatrların inkişafına yönələn təşəbbüslərini qeyd etdi. Festivalın təşkilinin təqdirəlayiq olduğunu deyən şöbə müdiri bundan sonra da nazirliyin teatrla bağlı layihələrində özəl teatrlara da geniş yer veriləcəyini vurğuladı.

Nazirliyin dəstək verdiyi festivallar, laboratoriya ustad dərsləri, müstəqil mübadilə proqramları barədə söz açan F.Acalova təşkilatçılara təşəkkürünü bildirdi, iştirakçılara uğurlar arzuladı.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professorlarıpedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanov Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, teatrşünas İlham Rəhimli festivalın müstəqil teatrların inkişafına müsbət təsir göstərəcəyini, bu işə maraq göstərən gənclərə stimul olacağını dedilər. Milli teatrımızın keçdiyi inkişaf yolu onun ayrı-ayrı mərhələlərində yaranan özünün yüksək inkişaf dövrünü yaşayan müstəqil teatrlara, həvəskar truppaların da fəaliyyətinə nəzər salındı. Bildirildi ki, məhz onların sayəsində ölkəmizdə teatrın janr formaca müxtəlifliyinə nail olunub hazırda istedadlı gənclər bu işi layiqincə davam etdirirlər.

Çıxışlarda dövlətlə yanaşı, sahibkarların, iri şirkətlərin mədəniyyət, xüsusilə teatr sahəsinə dəstək olmasının vacibliyinə diqqət çəkildi. Bu hamiliyin teatr dəyərlərinin yaşamasına stimul olacağı vurğulandı.

 

Millət vəkilləri Razi Nurullayev, Müşfiq Məmmədli, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov da çıxışlarında teatrlara dəstək göstərilməsinin vacibliyini qeyd etdilər, bu istiqamətdə təşəbbüs təkliflərini dilə gətirdilər.

Gecəyə rəng qatan vokalçılarFərid Əliyev Vüqar Hacıyevin ifalarında milli dünya klassik musiqisindən nümunələr alqışlarla qarşılandı.

Sonra növbə gecənin əsas səbəbkarlarına verildi.

İlk olaraqMəsəl ya...” adlı səhnə işi təqdim olundu. “M.Teatr”ın (“Mənim teatrım”) təqdim etdiyi akt Xalq artisti Vidadi Həsənovun rejissor yozumudur. Üzeyir Hacıbəylinin musiqiləri fonunda onun felyetonlarından Mirzə Ələkbər Sabirin daim müasir şeirlərindən istifadə edilməklə hazırlanan tamaşa mükalimə janrındadır. Bizə özümüzü öldürücü gülüş onun ardındakı düşündürücü dirilişi göstərən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılandı.

Festivalın ilk günü eyni zamanda müstəqilLaçınteatr-studiyasınınArzular bağıtragikomediyası da nümayiş olundu. Tamaşa nümayişi müxtəlif panellərdə müzakirələr festivalın ikinci günü davam etdi. TeatrsevərlərŞahMatteatrının təqdimatındaÜstdəki dərinliklər” (M.Vişnek) Səhnəteatrının M.F.AxundzadəninMüsyö Jordan dərviş Məstəli şahkomediyası əsasında hazırladığıBir dəfə Qarabağdatamaşalarını izlədilər.

Sənət, səhnə zövqünə müstəqil teatrların eksperimentləri ilə rəng qatmaq istəyənlər martın 7-dək festival proqramında yer alan tamaşaları izləyə açıq müzakirələrdə iştirak edə bilərlər.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.1;3.