“Üç ozan bir arada”
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun
layihəsi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının çoxəsrlik mədəniyyətini, tarixini tanıtmaq məqsədilə “Üç ozan bir arada” adlı yeni layihə həyata keçirib.
Fonddan bildirilib ki, layihə çərçivəsində Türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevin yubiley tarixləri ilə əlaqədar poçt markası çap olunub. Marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı nəticəsində dövriyyəyə buraxılıb.
Layihə türk ədəbiyyatının böyük söz sənətkarı Yunus Əmrənin vəfatının 700-cü ildönümünə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə, Qazaxıstanın görkəmli şairi Jambıl Jabayevin 175 illik yubileyinə həsr olunub. Layihə Türk dünyasının böyük söz ustadlarının tanıdılması və təbliği məqsədi daşıyır.
Şairlərin portretlərinin əks olunduğu markanın müəllifi azərbaycanlı
rəssam Orxan Qarayevdir.
Mədəniyyət.- 2022.- 4 mart.-
S.1.