Peşəkar heykəltəraş və həvəskar fotoqraf

 

Milli heykəltəraş sənətində özünəməxsus yeri olan tanınmış tişə ustası, Əməkdar rəssam Albert Mustafayev martın 4-də, ömrünün 91-ci ilində dünyasını dəyişdi.

Albert Zaman oğlu Mustafayev 26 yanvar 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 4-cü sinfə qədər Nuxada rus məktəbində oxuyub. Ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956-1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutunda təhsil alıb.

1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Təsviri sənət kafedrasında assistent, müəllim kimi fəaliyyət göstərib. 1975–2020-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq İnşaat Universiteti) Təsviri incəsənət kafedrasında baş müəllim, dosent, daha sonra isə professor vəzifələrində çalışıb.

 

 

Yaradıcılığı

 

 

Hələ 1959-cu ildəLeninqradda institutda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olanBəhram Gur əjdahanı öldürürkompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinovla birlikdə qərara gəlirlər ki, bu kompozisiyanı yenidən işləyib Bakıda fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. Bəhram Gur əjdahanı öldürürfontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları işi çox bəyənir. Heykəl bürüncdən tökülərək Bakının ən görməli yerlərindən birində qoyulur tezliklə şəhərin simvollarından birinə çevrilir.

Bundan sonra Albert Mustafayev Bakıda Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi heykəli, Lütfəli Abdullayevin Lətif Kərimovun xatirə lövhələri, Şəkidə 1941-1945-ci illər müharibəsində həlak olmuş şəkililərin xatirəsinə 1974-cü ildə yaradılmış memorial kompleksdə “Ana heykəli”, Şuşada Molla Pənah Vaqifin məqbərəsində Vaqifin büstü başqa əl işləri ilə tanınır.

O, hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq Mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin sərgisi təşkil olunmuşdu. Sonralar işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda fotosərgisi keçirilir. 2015-ci ildəanadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən daha bir fotosərgisi keçirilib onaİlin ən yaxşı fotoqrafıfəxri fərmanı verilib. Özü jurnalistlərə müsahibəsində bildirmişdi ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.

Albert Mustafayev 1982-ci ildəƏməkdar rəssam”ı fəxri adı ilə, 2021-ci ildə 90 yaşının tamam olması münasibətilə isəAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif olunmuşdur.

Sənətkarın 90 illik yubileyi Bakıda, Nizami Kino Mərkəzində keçirildi. Tədbirdə onun milli heykəltəraşlıq sənətində xidmətlərindən söz açıldı, həyat fəaliyyəti haqqında film nümayiş etdirildi.

 

 

Şuşada Vaqifin büstü

 

 

Şuşada Molla Pənah Vaqifin məqbərəsindəki böyük şairin büstü Albert Mustafayevin ən uğurlu heykəltəraşlıq işlərindən biri idi. 1982-ci ildə – məqbərənin açılışında, bu büst ulu öndər Heydər Əliyevin diqqətini cəlb etmişdi. Bəlkə də elə bu büstə görə ona həmin il fəxri ad verilmişdi... 1992-ci ildə Şuşanın işğal edilməsindən sonra Vaqifin məqbərəsi, eləcə də həmin büst erməni vandalları tərəfindən dağıdıldı. 28 il sonra – 2020-ci ildə, müzəffər Azərbaycan Ordusu Şuşanı erməni işğalçılarından azad etdi, Prezident İlham Əliyevin göstərişi ilə Vaqifin məqbərəsi qısa bir müddət ərzində bərpa olundu. Vaxtilə Albert Mustafayevin hazırladığı büstün eynisi yenidən burada öz yerini aldı.

2021-ci ilin avqustundaVaqifin məqbərəsinin bərpadan sonrakı açılışında Albert Mustafayev yaşı ilə əlaqədar olaraq şəxsən iştirak edə bilmədi, lakin mərasimi televiziya vasitəsilə evdə izləyirdi. Telejurnalist Xatirə Məmmədova isə sənətkarın evinə gedib ondan Real TV üçün müsahibə götürdü...

 

Albert Mustafayev uzun və mənalı ömür sürdü, həm sənətkar, həm də pedaqoq olaraq zəngin bir həyat yaşadı.

Sənətkar martın 4-də Şəkidəki Çöl qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Tərlan Nəsibov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak etdilər.

 

Allah rəhmət eləsin.

 

Aydın Məmmədov

M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.7.