“Azərbaycan musiqiçiləri ilə
çıxış etməkdən zövq
alıram”
Xəbər verdiyimiz kimi, martın 4-də Bakıdakı Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Emil Bağırov (klarnet) dünya klassik musiqisindən nümunələr ifa edib.
Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Alvize Kazellati deyib: “Heydər Əliyev Mərkəzində Azərbaycan musiqiçiləri ilə çıxış etməkdən zövq alıram. Mən bu gün çıxış etdiyim orkestrlə üç il öncə də çalışmışam. Budəfəki proqram çox zəngindir. Ümid edirəm, musiqisevərlər bizim onlara ötürəcəyimiz enerjidən razı qalacaqlar...”.
Proqramda Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovski kimi bəstəkarların əsərləri səslənib.
Alvize Kazellati
dirijor kimi
İtaliyanın məşhur opera
teatrları ilə əməkdaşlıq edir.
2017-ci ildə
təsis edilən
“Opera İtaliana is in the Air” layihəsinin yaradıcısı
və musiqi rəhbəridir. Layihənin əsas məqsədi
gənc dinləyiciləri
italyanın opera irsinə
cəlb etməkdir.
Konsertdə solist kimi çıxış edən
klarnet ifaçısı
Emil Bağırov 2014-cü ildə adı gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə, 2017-ci ildə
Prezident mükafatına
layiq görülüb.
2012-ci ildə Təl-Əviv (İsrail)
şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı
ifaçı” seçilib. 2013-cü ildən
Azərbaycan Dövlət Simfonik Orkestrinin solistidir.
Mədəniyyət.- 2022.- 11 mart.-
S.8.