Qarabağa kitabla gedək!”kampaniya davam edir

 

 

İşğaldan azad olunmuş ərazilərimizdə kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə həyata keçirdiyiQarabağa kitabla gedək!” kampaniyası davam edir.

Kampaniyaya Sumqayıt RMİ-nin əhatə etdiyi Abşeron rayonunun mədəniyyət müəssisələri qoşulub. Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə toplanan kitabların bir qismi nümayiş olunub. Sumqayıt RMİ-nin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov toplanan kitabların Milli Kitabxanaya təqdim olunacağını bildirib.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.4.