“Dumanlar başımda dastana döndü...”
Səyyar sərgi Sumqayıtda
Sumqayıt Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyi, Sumqayıt RMİ və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə “Dumanlar başımda dastana döndü” adlı səyyar sərginin açılışı keçirilib.
Tədbirdə çıxış edən idarə rəisi Rəşad Əliyev sərginin 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsinə həsr olunduğunu bildirib.
Layihə barədə məlumat verən YARAT-ın baş kuratoru Fərəh Ələkbərli bildirib ki, ekspozisiyaya YARAT və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan rəsm əsərləri və fotomateriallar daxil edilib.
Sərgi aprelin 22-dək ziyarətçilər üçün açıq olacaq.
Mədəniyyət.- 2022.- 11 mart.-
S.4.