“Yaradan, yaşadan teatr”
Bu il 30 yaşını qeyd edən Qusar Dövlət Ləzgi Dram Teatrı 10 mart – Milli Teatr Günü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim edib.
“Yaradan, yaşadan teatr” adlı kompozisiyada Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar, milli rəqslər, folklor nümunələri, Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.
Milli Teatr Günü
ilə əlaqədar tamaşaçılar Qusar
Mədəniyyət Sarayında multikulturalizmi
təbliğ edən folklor nümunələri
və yerli əhalinin tarixi
yaşam tərzini, xalq
yaradıcılığını, folklorunu,
sənətkarlığını əks etdirən sərgi
ilə tanış olmaq imkanı da qazanıblar.
Mədəniyyət.- 2022.- 11 mart.-
S.2.