“Ağca və yeddi cırtdan”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq 10 mart – Milli Teatr Gününü premyera ilə qeyd edib.
Martın 10-da teatrda Qrimm qardaşlarının məşhur “Ağca və yeddi cırtdan” nağılı əsasında hazırlanan yeni tamaşa nümayiş olunub.
Klassik kukla teatrı estetikasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla
tamaşasında rolları teatrın aparıcı aktyorları
– Aygül Ağayeva, Cavid Telman, Səriyyə Mansurova, Elmira Hüseynova, Samirə Nəcəfova, Araz Həsənli və başqaları ifa edirlər.
Mədəniyyət.- 2022.- 11 mart.-
S.2.