Ölkəmiz beynəlxalq festivalda təmsil olunub
Macarıstanın Bekeşçaba şəhərində
4-6 mart tarixində keçirilən
18-ci Karpat Hövzəsi
Ənənəvi Tekstil
Festivalında ölkəmiz
də təmsil olunub.
Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Altun Mikayıllı tədbirdə “Azərbaycan
xalçaları və
tikmələri” adlı
məruzə və təqdimatla çıxış
edib. O, Azərbaycan xalça sənəti və bədii tikmələri, o cümlədən
onlardan istifadə qaydaları, xalqımızın
həyatındakı rolu
və s. haqqında iştirakçılara geniş
məlumat verib. Altun Mikayıllı festivalda iştirakına və uğurlu təqdimatına
görə təşkilatçılar
tərəfindən sertifikata
layiq görülüb.
Qeyd edək ki, festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY, Macarıstan İrs
Evi, Ənənəvi
Macarıstan İncəsənəti
Assosiasiyası, Bekeşçaba
Şəhər Xalq Sənəti Dərnəyi
və Gal Ferenc Universitetinin təşkilatçılığı
ilə keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov açılış
nitqində ənənəvi
xalq sənəti nümunələrinin yaşadılmasının
vacibliyini vurğulayaraq
belə tədbirlərin
əhəmiyyətini qeyd
edib. Festival çərçivəsində konfrans və ənənəvi tikmə,
geyim və tekstil sahəsində çalışan sənətkarların
əl işlərindən
ibarət sərgi təşkil edilib.
Festivala
Türkiyə, Sloveniya,
Slovakiya, Bolqarıstan,
Qırğızıstan, Qazaxıstan,
Koreya və digər ölkələrin
nümayəndələri qatılıb.
Mədəniyyət.- 2022.- 11 mart.-
S.2.