“Böyük səhnəyə
ilk addımlar”
Mərkəzi İncəsənət Məktəbində
8 Mart münasibətilə konsert
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil ocağının I sinif şagirdlərinin iştirakı ilə “Böyük səhnəyə ilk addımlar” adlı konsert keçirilib.
İlk olaraq məktəbin I siniflər üzrə xor kollektivi (bədii rəhbər və müəllim – Zenfira Nurullayeva) “Qoy həmişə günəş olsun” mahnısını ifa edib.
Sonra “Səbinə” (bədii rəhbər – Səbinə İsmayılova) və “Alov” (bədii rəhbər – Emil Pənahov) rəqs kollektivlərinin şux nömrələri tədbirə xüsusi əhval-ruhiyyə qatıb. Uşaqların ifaları alqışlarla qarşılanıb.
Rəssamlıq şöbəsi şagirdlərinin (müəllimlər – Nigar Şıxəliyeva və Əli Ağadadaşov) əl işləri də xanımlara bayram hədiyyəsi olub.
Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli şagirdlərə ilk səhnə çıxışları münasibətilə təbriklərini çatdırıb. Sonda tədbir iştirakçılarına diplomlar təqdim edilib.
Tədbir Mərkəzi İncəsənət
Məktəbinin müəllimi, musiqişünas
Leyla Həsənovanın təşkilatçılığı
və aparıcılığı ilə gerçəkləşib.
Mədəniyyət.- 2022.- 11 mart.-
S.5.