Aşıq Ələsgərin abidəsi
ilə bağlı müsabiqənin vaxtı uzadılıb
Aşıq Ələsgərin abidəsinin layihəsinin hazırlanması ilə bağlı müsabiqənin vaxtı martın 30-na qədər uzadılıb.
Xatırladaq ki, ölkə başçısının ötən il noyabrın 30-da imzaladığı sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Mədəniyyət Nazirliyi
Aşıq Ələsgərin Bakı şəhərində
ucaldılacaq abidəsinin eskiz layihələrinin
hazırlanması üçün heykəltəraşlar
arasında açıq müsabiqə elan
edib. Dekabrın 23-də elan
edilən müsabiqənin 15 mart 2022-ci il tarixinədək başa
çatması planlaşdırılmışdı.
Mədəniyyət.- 2022.- 16 mart.-
S.2.