Sirk truppasının “Novruz sədası” yürüşü
Novruzun müjdəsi olan ilaxır çərşənbələrdən sonuncusu – Torpaq çərşənbəsi də yurdumuza qədəm qoydu.
Əski inanclara görə, torpağın oyanması ilə təbiət bütünlüklə yenilənir. Çünki varlığın əsasını təşkil edən su, od, yel özlərinin təsdiqini torpaqda tapırlar. Torpaq çərşənbəsi müxtəlif ayinləri ilə digər üç çərşənbəyə bənzəsə də, hər zaman xüsusi təntənə ilə qeyd olunub.
Artıq ikinci ildir doğma Qarabağda, otuz ilin ayrılığından sonra ayağımız dəyən azad torpaqlarımızda da çatılan ilaxır çərşənbənin tonqalları istisini bu torpaqlara da bəxş etdi...
Bakı Dövlət Sirki ilaxır çərşənbə və Novruz bayramının gəlişi münasibətilə “Novruz sədası” adlı yürüş təşkil edib.
Sirkin binasının qarşısından başlayan yürüşdə klounlar, milli geyimdə artistlər, Novruz personajları iştirak ediblər.
Yürüş boyu sirkin milli
truppası və orkestr heyəti
çıxış edib. Orkestrin
repertuarında Azərbaycan və xarici
musiqilərin sintezinə üstünlük
verilib. Yürüş
paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət.- 2022.- 16 mart.-
S.1.