Milli Dram Teatrında çoxdan gözlənilən
premyera
Martın 13-də Azərbaycan Akademik Milli Dram Teatrında “Filumena Marturano” tamaşasının premyerası
keçirilib. Qeyd edək ki, italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında
tamaşanın hazırlıqları
hələ pandemiyadan
öncə başlamışdı.
Səhnə əsərinin bədii
rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı
Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğlu, işıq
üzrə rəssamı
Rafael Həsənov, musiqi
tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu
Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan
dilinə Ülviyyə
Heydərova tərcümə
edib.
Baş rolları
Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz
(Domeniko Soriano) oynayırlar. Tamaşada
həmçinin Əməkdar
artist Sevinc Əliyeva,
aktyorlar Ramin Şıxəliyev, Ləman
İmanova, aktyorlar Şəhla Əliqızı,
İlahə Həsənova,
Fəridə Şahbazova,
Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan
Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıblar.
Eduardo de Filipponun 1946-cı ildə
qələmə aldığı
əsər həmin il Neapolda
tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko
Soriano adlı varlı kişi
ilə mübarizəsindən bəhs edir.
Əsərdəki əsas motiv insanlar arasında sosial
ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki
təbəqələşmənin törətdiyi fəsadlardır.
Mədəniyyət.- 2022.- 16 mart.-
S.3.