Bakıda VII Britaniya Film Festivalı başa çatıb

 

 

Bakıda sayca 7-ci dəfə keçirilən Britaniya Film Festivalı bu il Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının (11 mart 1992-ci il) 30-cu ildönümünə həsr olunmuşdu.

Xəbər verdiyimiz kimi, 3-15 mart tarixini əhatə edən festival “British Council”, Böyük Britaniya Səfirliyi Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Filmlər Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş olunub.

Nizami Kino Mərkəzində festivalın açılışında çıxış edən səfir Ceyms Şarp deyib: “Mən ürəkdən sevinirəm ki, “British Council”ın daha bir neçə mükəmməl Britaniya filmini Azərbaycana gətirməsini dəstəkləyə bilmişik. Builki festivalın mövzusu iqlim dəyişikliyidir və biz filmlərin auditoriyanı əyləndirəcəyinə, maarifləndirəcəyinə və insanlara ilham verəcəyinə ümid edirik”.

Festivalın ilk filmiOskar” mükafatlı aktyorlar Cim BrodbentHelen Mirrenin rol aldıqları “Hersoq” retro-komediyası olub.

Bundan əlavə, Nizami Kino Mərkəzində “Şlyapalı kişi”, “Suvenir. II hissə” və “Qaynama nöqtəsi” filmləri nümayiş olunub. İngilis kinosu həvəskarları YARAT Müasir İncəsənət Məkanında “İnsanlar iqlim dəyişikliyinə qarşı” və “Sərhədlərin məhvi: planetimiz haqqında elm” sənədli filmlərini də izləmək imkanı əldə ediblər. Sonuncu film tamaşaçıları təkcə planetimizin sabitliyi üçün deyil, həm də bəşəriyyətin gələcəyi üçün keçməməli olduğumuz planetar hədləri kəşf etmək üçün səyahətə çıxarıb.

Yeri gəlmişkən qeyd edək ki, martın 9-da YARAT Müasir İncəsənət Məkanında Britaniya KinoTeleviziya Sənəti Akademiyasının (BAFTA) 2021-ci il üzrə qısametrajlı filmlər proqramında yer almış 7 qısametrajlı ekran əsəri (3-ü animasiya filmi) də təqdim olunub.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.8.