“Azərbaycanın Milli
Qəhrəmanları” silsiləsindən növbəti film
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan silsilə filmlərin çəkilişləri davam etdirilir. Bu silsilədən növbəti film Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Mübariz Əhmədov (1963-1992) haqqındadır.
1992-ci ilin 24 sentyabrında Ağdamın Abdal Gülablı kəndində özünümüdafiə taborunda düşmən qüvvələrinə qarşı döyüşdə şəhid olan Mübariz Əhmədov Sabirabad rayonunun Qaratəpə kəndində doğulub.
Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Murad Muradov, təsvir rejissoru Soltan Abdullayev, prodüseri Əlisəttar Quliyevdir. Filmin çəkilişləri Bakıda və qəhrəmanın doğulduğu Sabirabad rayonunda aparılıb.
Qeyd edək ki, indiyədək Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 100-dən çox sənədli film çəkilib.
Lalə
Mədəniyyət.- 2022.- 16 mart.- S.6.