Azərbaycanın turizm imkanları Hindistanda tanıdılır

 

Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai-2022” beynəlxalq sərgisində Azərbaycan da milli stendlə təmsil olunur. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Turizm Bürosu (ATB) 10 yerli turizm şirkəti iştirak edir.

Sərgi ziyarətçilərinə Azərbaycanın müxtəlif bölgələrinin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm imkanları, Azərbaycana səfər imkanları, postpandemiya dövründə ölkədə səyahət qaydaları, yeni turizm məhsulları haqqında məlumat verilir. Martın 16-da başa çatacaq beynəlxalq sərgi çərçivəsində ATB tərəfindən ölkə turizminin təbliği təşviqi ilə bağlı B2B görüşlər təşkil edilib.

ATB-nin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov Hindistan bazarının Azərbaycan üçün prioritet bazarlardan biri olduğunu, hindistanlı turistlərin istirahətlə yanaşı işgüzar turizm, toy digər turizm növlərinə üstünlük verdiklərini diqqətə çatdırıb. O, cari il fevralın 15-dən Hindistanın hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələr sırasında olduğunu, bunun qarşılıqlı səfər saylarının artmasına müsbət təsir edə biləcəyini deyib.

“OTM Mumbai-2022” sərgisində 50-dən çox ölkə təmsil olunub.

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.8.