Şuşa İli” çərçivəsində heykəltəraşlıq müsabiqəsi

 

 

Mədəniyyət NazirliyiŞuşa İli” çərçivəsində heykəltəraşlıq müsabiqəsi elan edib. Ölkə Prezidentinin 2022-ci ilinŞuşa İlielan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli sərəncamına uyğun olaraq keçirilən müsabiqənin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasıdır.

Müsabiqənin şərtlərinə əsasən, heykəltəraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələri hazırlanaraq Mədəniyyət Nazirliyinə təqdim edilməlidir. Heykəltəraşlıq nümunələrinin 50 sm – 1 metr hündürlüyündə hazırlanması əsas şərtlərdən biridir.

 

Mükafatlar:

1-ci yer (1 nəfər) – 8000 manat

2-ci yer (2 nəfər) – 4000 manat

3-cü yer (3 nəfər) – 3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcək.

Müsabiqədə şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli xarici heykəltəraşlar iştirak edə bilərlər. Namizəd iştirak üçün müəyyən edilmiş nümunə üzrə ərizə təqdim etməlidir. Müsabiqəyə yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.

Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları müsabiqəyə göndərmiş şəxs daşıyır.

Heykəl nümunəsini Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökumət evi) təqdim etmək ya elektron poçt vasitəsilə gallery@culture.gov.az ünvanına (“Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqəbaşlığı ilə) göndərmək lazımdır.

Seçim bu meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci il.

Heykəlin materialı: tunc, mərmər bürünc.

Heykəl həm fərdi iştirakçı, həm qrup tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.

Ətraflı məlumat Mədəniyyət Nazirliyinin saytınınElanlarbölməsində http://mct.gov.az/az/elanlar/152

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.7.