“Bahar,
bu səsdə nə çox...”
“Bakı
axşamları” layihəsində
ədəbi-musiqili gecə
Bakıdakı Rus evində “Bakı axşamları” müəllif layihəsi çərçivəsində “Bahar, bu səsdə
nə çox...” adlı ədəbi-musiqili
gecə keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən (RİMM) bildiriblər
ki, müəllifləri
şair, tərcüməçi,
jurnalist Alina Talıbova və musiqiçi, bəstəkar
və mahnı ifaçısı Andrey Krupin olan layihənin
növbəti tədbiri
qonaqlara əsl bahar əhval-ruhiyyəsi bəxş edib.
Qədim dövrlərdən bəri
rəssamlar, musiqiçilər
və şairlər öz yaradıcılığında
ilin bahar fəslini əsərlərində
tərənnüm ediblər.
Ədəbi-musiqili gecədə şairlər,
“Literaturnıy Azerbaydjan”
jurnalının müəllifləri,
musiqiçilər, A.Krupinin
müəllif qrupunun üzvləri, Xalq artisti, bəstəkar Azər Dadaşov və digər dəvət olunmuş qonaqlar da iştirak
ediblər.
Mədəniyyət.-
2022.- 18 mart.- S.7.