Yeni adlar” – yeni layihə

 

 

Mədəniyyət NazirliyiYeni adlar” adlı layihəyə başlayır. Layihə çərçivəsində gənc və istedadlı musiqiçilər Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə maraqlı proqramla çıxış edəcəklər.

Layihənin məqsədi milli musiqimizin, mədəni irsimizin qorunmasına, ifaçılıq sənətinin inkişafına töhfə vermək, Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, estetik zövqünün formalaşmasına, istedadlı gənclərin üzə çıxmasına və geniş auditoriyada tanınmasına yardımçı olmaqdır.

Gənc ifaçıların, tanınmış dirijorların rəhbərliyi altında simfonik, kameraxalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafına böyük təkandır.

Yeni adlar” layihəsi çərçivəsində ilk konsertlərin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilməsi nəzərdə tutulub. 18 mart tarixində keçiriləcək konsertdə Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Prezident təqaüdçüsü Orxan Hüseynov (cello), Eldəniz Ələkbərzadə (piano) və Məhəmmədəli Paşazadə (klarnet), aprelin 1-də isə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Prezident təqaüdçüləri Vurğun Vəkilov (piano) və Leyla Zeynalova (piano) çıxış edəcəklər.

 

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.2.