Vyana Ştraus Festival Orkestrinin Bakıda növbəti konserti

 

 

Dünya şöhrətli musiqi kollektiviVyana Ştraus Festival Orkestri aprelin 28-də Heydər Əliyev Mərkəzində növbəti konsert proqramı ilə çıxış edəcək. Bu, Vyana orkestrinin Bakıda sayca beşinci konserti olacaq.

Orkestrin yaradıcısı bədii rəhbəri, avstriyalı skripkaçı dirijor Peter Qutun iştirakı ilə baş tutacaq budəfəki konsertdə tamaşaçıları maraqlı repertuar gözləyir. Virtuoz skripkaçı Peter Qut İohan Ştraus ənənəsinin davamçısı olaraq ifası ilə dinləyiciləri valeh edir. O, mütəmadi olaraq tanınmış simfonik kamera orkestrləri ilə qastrollara çıxır böyük opera teatrlarının səhnəsində təqdim olunan tamaşalara dirijorluq edir.

1978-ci ildən fəaliyyət göstərən Vyana Ştraus Festival Orkestri dünyada Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə tanınır. Orkestr müxtəlif festivalların, o cümlədən Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır.

Bakı konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı kassalarından almaq olar.

 

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.8.