Plovüçün Qobustana getməyə dəyər

 

 

Martın 21-də Novruz bayramı adət-ənənələrinin təbliği bayram ərəfəsində ziyarətçilərə Azərbaycan mətbəxində xüsusi yeri olan plovun müxtəlif növlərini tanıtmaq məqsədilə Qobustan Milli Tarix-Bədii QoruğundaPlovfestivalı keçiriləcək.

Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın, həmçinin Hindistan, Qətər, Qırğızıstan, Özbəkistan başqa ölkələrin mətbəxinə aid plov nümunələri bişirilərək iştirakçılara təqdim ediləcək.

Azərbaycan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər, pəhləvan kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaradacaq.

Tədbirdə həmçinin uşaqların əl işlərindən ibarət rəsm sərgisi açılacaq, əl işlərinin suvenirlərin satış yarmarkası təşkil olunacaq.

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.1.