Tanınmış kinoşünasın
xatirə gecəsi
Aydın Dadaşovun 70
illiyi qeyd olundu
Martın 15-də tanınmış kinoşünas, ssenarist və rejissor, Əməkdar incəsənət xadimi, Aydın Dadaşovun anadan olmasının 70 illiyi tamam oldu. Bu münasibətlə Azərbaycan Dövlət Film Fondunda (ADFF) kino xadiminin xatirə gecəsi keçirildi.
Tədbiri ADFF-nin direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın ömür yoluna və yaradıcılığına nəzər saldı. Bildirdi ki, Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Òåàtr, Ìusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarında oxuyub.
Qeyd olundu ki, Aydın Dadaşov Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) auditoriyalarında öz bilik və bacarığını tələbələrinə öyrədib. Eyni zamanda kino sənətini müxtəlif istiqamətlərdən araşdırıb. Azərbaycan sənədli kinosuna töhfələr verib.
Xalq artisti, kinorejissor Xamis Muradov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək Aydın Dadaşovla bağlı xatirələrini bölüşdülər.
Diqqətə çatdırdılar ki, Aydın Dadaşov
müxtəlif illərdə C.Cabbarlı adına “Azərbaycanfilm”
Kinostudiyasında film direktoru,
rejissor və redaktor olub. Bakı Dövlət Universiteti
Jurnalistika fakültəsinin Televiziya və radio
jurnalistikası kafedrasında çalışıb. 2000-ci ildə
həmin kafedranın dosenti, 2006-cı ildən isə professoru olub. ADMİU Kino və televiziya fakültəsinin
Kinoşünaslıq kafedrasına
rəhbərlik edib, ekran dramaturgiyası, ssenari yaradıcılığı,
televiziya tənqidi kimi fənlərin
tədrisini həyata keçirib.
Vurğulandı ki, Aydın Dadaşovun zəngin kino yaradıcılığı
da olub. Onun yaradıcılıq
tərcümeyi-halına 30-a yaxın filmin rejissorluğu, 50-dək ekran
işinin ssenari müəllifliyi yazılıb.
Eyni zamanda bir neçə
kinolentin direktoru və redaktoru kimi çalışıb.
Professor Aydın Dadaşov
2017-ci il martın 15-də 65 yaşında
vəfat edib.
Çıxışlardan sonra tanınmış kino xadiminin ssenari müəllifi olduğu və Azərbaycan SSR Dövlət mükafatına
layiq görülmüş
“Əks-səda” və
“Balaban” sənədli
filmlərinin bərpadan
sonra təqdimatı keçirildi.
Qeyd edək
ki, 1987-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında
istehsal olunan hər iki filmin
rejissoru Xamis Muradovdur.
Sonda mərhumun
oğlu Orxan Dadaşov çıxış
edərək tədbirin
təşkilatçılarına və iştirakçılara
təşəkkürünü bildirdi.
S.Fərəcov
Mədəniyyət.-
2022.- 18 mart.- S.5.