“Krallıqsız kraliçalar”
Reza Deqati gender bərabərliyi mövzusunda
layihəsini təqdim edib
Xəbər verdiyimiz kimi, Latviyanın Azərbaycandakı Səfirliyi BMT-nin Bakı Nümayəndəliyi və digər qurumlarla əməkdaşlıq çərçivəsində gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsini həyata keçirir. Layihə BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik haqqında” 1325 saylı qətnaməsinə həsr olunub.
Layihə çərçivəsində martın 16-da məşhur fotojurnalist Reza Deqatinin gender bərabərliyi mövzusunda “Krallıqsız kraliçalar” adlı layihəsinin təqdimatı keçirilib.
Təqdimatda çıxış edən Reza Deqati bildirib ki, fotojurnalist olaraq 40 ilə yaxın fəaliyyəti zamanı gender bərabərliyi mövzusunda işlər görüb, qadınların öz sözlərini azad şəkildə dünyaya çatdırması üçün çalışıb.
Bildirilib ki,
bu il “O” müasir incəsənət layihəsində əsas
mövzu dayanıqlı gələcək
üçün qadınların rolunu vurğulamaqdır. Layihə üzrə noyabr ayında Əməkdar rəssam Səbinə
Şıxlinskayanın kuratorluğu ilə
Müasir İncəsənət Muzeyində
“O” adlı sərgi təşkil ediləcək. Sərginin mövzusu qadınların həyatı, cəmiyyətdəki
rolu, sevinc və
problemləri olacaq.
Mədəniyyət.-
2022.- 18 mart.- S.2.