Səhnədən səngərə: qazi Ələmdar Quliyev
Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: Qazilər” layihəsində 2020-ci ilin Vətən müharibəsində iştirak etmiş sənətçilər, mədəniyyət işçiləri haqqında materiallar təqdim olunur. Layihənin on birinci buraxılışı Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı, xanəndə Ələmdar Quliyevə həsr olunub.
Şərəfli ömür yolu səhnədən səngərə uzanan Ələmdar Quliyev qardaşları ilə birgə Vətən müharibəsinə könüllü yollanıb. Qazimiz sağlamlığını doğma torpaq uğrunda fəda etsə də, azad Azərbaycanın aydın səmasına qürurla baxdığını deyir.
Bu gün
sevimli peşəsinə,
övladlarına möhkəm sarılan Ələmdar Quliyevin arzusu işğaldan azad olunmuş bütün tarixi ərazilərimizi şəhər-şəhər,
kənd-kənd gəzib, “Qarabağ
şikəstəsi”ni səsləndirməkdir.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.4.