Kazanda “Müsəlman
dünyasının müasir musiqisi”
Tatarıstanın paytaxtı Kazanda Volqaboyu bulqarlarının (Bulqar xanlığı – tatarca İdel Bolqar) İslam dininin qəbul edilməsinin 1100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Salih Saydaşev adına Konsert Salonunda keçirilən “Müsəlman dünyasının müasir musiqisi” adlı proqramda Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan, habelə Rusiya Federasiyası regionları bəstəkarlarının əsərləri səsləndirilib.
Kazan Konservatoriyasının
Simfonik orkestri Bakı
Musiqi Akademiyasının dosenti Aliyə Məmmədovanın “Adagio” və “Xəyal” simfoniyalarının
finalını da ifa edib.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.8.