Kitabxanalar həyatla doludur

 

Ölkəmiz İstanbulda 58-ci “Beynəlxalq kitabxana həftəsi”ndə təmsil olunur

 

 

 

Martın 28-dən aprelin 3-dək İstanbuldaKitabxanalar həyatla doludurmövzusunda 58-ci “Beynəlxalq kitabxana həftəsi” keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova təmsil edir.

Milli Kitabxanadan bildirilib ki, martın 29-da həftənin rəsmi açılış mərasimi olub. Tədbir Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanasında keçirilib.

Mərasimdə İstanbul Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Coşqun Yılmaz çıxış edərək “Kitabxana həftəsi”nin məqsədindən söz açıb, Türkiyə kitabxanaları, xüsusilə xalq kitabxanalarının fəaliyyəti haqqında, eləcə də nəşriyyatlar barədə iştirakçılara məlumat verib. Bildirib ki, hazırda Türkiyə kitab nəşri sahəsində dünyada öndə gedən on ölkədən biridir.

Daha sonra keçirilən paneldə Britaniya Kitabxanası, Azərbaycan Milli Kitabxanası, Kipr Beynəlxalq Universiteti İqtisadiinzibati elmlər fakültəsi, Albaniya Milli Kitabxanası və digər kitabxanaların təmsilçiləri iştirak ediblər.

Çıxışçılar kitabxanaların əhəmiyyəti, kitab irsinin qorunub saxlanılması, eləcə də kitabxanalar tərəfindən həyata keçirilən layihələrdən danışıblar.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova “Milli Kitabxanalar cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimimövzusunda çıxış edib. O, respublikada əhaliyə yüksək səviyyədə kitabxana-informasiya xidmətini təmin edən Milli Kitabxananın fəaliyyətinin spesifik cəhətlərindən söz açıb. Direktor müavini Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi ənənəvi və virtual layihələrdən də bəhs edib.

Ə.İsmayılovanın çıxışında pandemiya dövründə oxuculara onlayn xidmətlərin göstərilməsi, sənədlərin elektron çatdırılması, dissertasiyadövri mətbuat materiallarından onlayn istifadənin təşkili sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin böyük maraq doğurduğunu diqqətə çatdırıb, bu təcrübənin öyrənilərək yayılmasını tövsiyə edib.

 

Panel iclasın sonunda Ədibə İsmayılovaya 58-ci “Beynəlxalq kitabxana həftəsi”ndə iştiraka görə sertifikat təqdim olunub.

 

 Mədəniyyət.- 2022.- 30 mart.- S.2.