Azad edilmiş ərazilərdə
16 yol layihəsi icra olunur
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 16 yol layihəsi yerinə yetirilir və rayondaxili yolların tikintisi həyata keçirilir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ərazilərində 780 km daxili yolların tikintisinə vəsait ayrılıb və bu sahədə işlər aparılır.
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu layihəsində 11,6 kilometrlik tunelin tikintisi çərçivəsində 25% işlər yerinə yetirilib. Tunelin tikintisinin 2024-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Bundan əlavə, 6-4 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi çərçivəsində işlərin 70%-i yerinə yetirilib. Yolun tikintisinin 2023-cü ilin sonunadək bitəcəyi gözlənilir.
Sədrin sözlərinə
görə, Zəngəzur dəhlizində yol
infrastrukturu yaradılır, bu ilin sentyabr
ayının sonuna qədər Zəngilan
hava limanının tikintisinin
bitməsinə uyğun olaraq
Zəngəzur dəhlizi yolunun bir hissəsinin asfaltlanması da
nəzərdə tutulub. Xudafərin-Laçın-Qubadlı
avtomobil yolunda da işlərin 40%-i yerinə yetirilib.
Agentlik bu ilin sonunadək Bərdə-Ağdam avtomobil yolunun tikintisini başa
çatdırmağı planlaşdırır.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.4.