Tarixi-dini abidələr ölkəmizdə yaşayan xalqların mənəvi dəyərlərini təcəssüm etdirir

 

Dini konfessiya rəhbərləri Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz edirlər

 

 

 

Nəinki Avropa Parlamentinin nümayəndələri, bütün dünya bilməlidir ki, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində dinc yaşayır.

Bu sözlər ölkəmizdəki dini konfessiya rəhbərlərinin Avropa Parlamenti (AP) tərəfindən Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə bağlı yaydıqları birgə bəyanatda yer alıb.

Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri dindarlarımızın arzu və iradəsini ifadə edərək, 2022-ci il martın 10-da Avropa Parlamenti tərəfindən anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi ilə bağlı birgə bəyanatla çıxış edərək, sənədi ikili standartlaraislamofobiya meyillərinə məruz qalan və ermənipərəst siyasəti müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndiririk. Birmənalı şəkildə bildiririk ki, qətnamənin mətnində yer almış fikirlər yanlış və böhtan xarakteri daşıyır və tamamilə qəbuledilməzdir”, – deyə bəyanatda vurğulanır.

Diqqətə çatdırılır ki, Azərbaycandakı müxtəlif etnikdini icmaların nümayəndələri Qarabağ torpaqları işğaldan azad edildikdən sonra həmin ərazilərə səfərləri zamanı orada Ermənistan tərəfindən tarixi və mədəni abidələrə, xüsusən müsəlman məscidlərinə və mövcud olmuş infrastruktura qarşı törədilmiş vandalizmin, qədim alban xristianpravoslav kilsələrinə qarşı qriqorianlaşdırma siyasətinin həyata keçirildiyinin canlı şahidləridir.

Qeyd olunur ki, Ermənistan ərazisindəki tarixi Azərbaycan dini abidələri, İrəvandakı “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” məscidləri və digər mədəni-mənəvi irs nümunələri, nadir memarlıq abidələri tamamilə dağıdılıb, İrəvanın mərkəzində yeganə salamat qalanGöy məscid”in oradabaş verən” yanğından sonra memarlıq xüsusiyyətləri qəsdən dəyişdirilib. Ermənistan azərbaycanlılara məxsus mədəni-mənəvi irsin dağıdılması ilə bərabər, Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv edib.

“Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdikdən sonra erməni tərəfi bütün dünyaya aşılamağa çalışır ki, guya onlar Azərbaycan tərəfindən təcavüzə məruz qalmışlar. Əslində isə, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti qonşu ölkənin ərazisini işğal etmək məqsədilə Ermənistan tərəfindən başlanmış və onlar bu münaqişənin müsəlman-xristian qarşıdurması olması barədə həqiqətə uyğun olmayan yalanlar yayaraq, özlərini məzlum xalq kimi təqdim edir, bununla da xristian aləminin təəssübkeşliyini qazanmağa çalışır. Təəssüf ki, öz işğalçı niyyətlərini, özgə torpaqlarına ərazi iddialarını ört-basdır etmək üçün erməni təbliğatı müxtəlif vasitələrdən, o cümlədən dini amildən də fəal surətdə istifadə etməkdədir”, – deyə bəyanatda daha sonra bildirilir.

Vurğulanır ki, erməni işğalı nəticəsində minlərlə tarix və mədəniyyət abidələri, kitabxanalar, mədəniyyət mərkəzləri, yaşayış binaları, məktəblər, muzeylər, sənət qalereyaları və teatrlar, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilibtalan olunub. Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılıb, 3-ü isə acınacaqlı vəziyyətdədir.

Bəyanatda qeyd edilir ki, mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda mövcud olan tarixi-dini abidələr bu ölkədə yaşayan xalqların milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Bildirilir ki, Avropa Parlamentində “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” adlı qərəzli qətnamənin qəbul edilməsi qurumun ikili standartlara əsaslanaraq birtərəfli, ermənipərəst mövqeyə malik olması qənaətini yaradır: Biz, Azərbaycanda erməni qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə azərbaycanlılara və burada yaşayan digər millətlərin nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti yanlışdan seçərək ədalətin yanında olmağabu qərəzli qətnaməni ləğv etməyə çağırırıq”.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Mobili və Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.1;4.