“Açıq qapı”dan görünənlər

 

27 martDünya Teatr Gününün xoşməramlı aksiyasından bol təəssürat

 

 

 

TeatrYer üzündə insanlar, tanrılar, bitkilər, heyvanlar, yağış damcıları, göz yaşları arasında bərabərlik və yeni həyat məkanı yaratmaqdır”. Bu sözlər 27 martDünya Teatr Günü ilə bağlı teatr ictimaiyyətinə xitab edən amerikalı rejissor Piter Sellarsın müraciətindəndir. Müraciətin tam mətni bu günün təsisçisi olan Beynəlxalq Teatr İnstitutunun saytında yayılıb.

Nədənsə dünyanın başının siyasi tamaşalara, hərbi mizanlara qarışdığı vaxtda bu sözlər məni çox kövrəltdi. Sanki bütün dünya bir cəbhədə, teatr isə qarşı tərəfdədir və o, intizarla öz həqiqətinin təntənəsini gözləyir. Ehmalca hamımıza “Dünya özü kiçik səhnədir” çağırışını edir. Amma hər şeyə rəğmən teatr yenə öz birləşdirici və bütün mənalarda gözəlləşdirici mövqeyindədir.

Bunu Dünya Teatr Günü münasibətilə paytaxtdakı teatrları dolaşarkən bir daha hiss etdim. Yəqin təkcə mən deyil, bu əlamətdar gün münasibətilə elan edilən “Teatrda bir gün” layihəsinin iştirakçısı olan bir çoxları da.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Dünya Teatr Gününün ölkə miqyasında “açıq qapı” aksiyası ilə qeyd olunması (özü də pandemiyalı ikiillik fasilədən sonra) tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq, ümumilikdə teatr ovqatı, kütləvi teatr ajiotajı yarada bildi.

Teatrsevərlər bir günolsa. həm tamaşalara pulsuz baxmaq imkanı qazandılar, həm də səhnəarxası – kulisdən rekvizitlərədək teatrın texniki və yaradıcılıq hissəsi ilə ekskursiya formatında tanış ola bildilər.

Ümumən istirahət gününü, bayram tətili həftəsinin son fürsətini teatrla bəzəyənlər kifayət qədər idi. Əksər teatr binalarının qarşısında uzun növbə görmək, içəri girmək, teatr adlı sehrlə yenidən tanış olmaq istəyənlərin həyəcanı teatrın hər kəs üçün arzulanan məkanlar siyahısında hələ də ön sıralarda olması qənaətini möhkəmləndirdi.

Repertuarlarındakı ən yeni və maraqlı tamaşaları bu günün proqramına daxil edən və qapılarını taybatay açan sənət ocaqları sırasında Akademik OperaBalet Teatrı da var idi. Teatrın daimi tamaşaçıları, tələbələr, məktəblilər teatrın solist-vokalçıları, balet, xor kollektivləri və simfonik orkestrin məşq prosesi, habelə texniki bölmələrin işini izlədilər. Teatr əməkdaşları qonaqlara rekvizit, kostyum və dekorasiyaların hazırlanması haqqında məlumat verdilər, OperaBalet Teatrının tarixindən bəhs etdilər. Teatrla tanışlığın sonunda isə sənətsevərlər italyan bəstəkarı P.Maskanyinin “Kənd namusu” operasının tamaşasına baxdılar.

Layihə, təbii ki, Akademik Milli Dram Teatrını da əhatə etdi və sənət ocağı bu səmərəli təşəbbüsə öz töhfəsini verdi. Burada da teatra marağı və sevgisi olan insanlar “açıq qapı” günü fürsətindən yararlandılar və bir neçə saat ərzində teatrın fəaliyyəti ilə tanış oldular. Onlar teatrın böyük səhnəsi, eyni zamanda Abbas Mirzə Şərifzadə adına kiçik səhnəsi ilə tanış oldular, müxtəlif sexlərə baxış keçirdilər. Daha sonra isə tamaşaçı ilə dolub-daşan zal teatrın son premyerası olanFilumena Marturano” tamaşasını izlədi.

“Açıq qapı” günündə Akademik Musiqili Teatra da böyük tamaşaçı axını vardı. Teatrsevərlər gündüz saatlarında iki seans olmaqla uşaqlar üçün “Dəcəl çəpişlər” tamaşasına baxdılar. Ardınca teatrın sexləri, qrim otaqları, məşq zalları ilə tanış oldular. Axşam seansında isə “Paris Notr-Dama ithaf”ı alqışladılar.

Akademik Rus Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə açdı. Teatrsevərlər üçün daim maraqlı repertuar və layihələr təqdim edən sənət ocağında əvvəlcə həm uşaq, həm də böyüklər üçün ekskursiya təşkil olundu. Aktyorları daim salondan alqışlayan tamaşaçılar bu dəfə özləri səhnəyə çıxdılar və o möhtəşəm hissi, bənzərsiz həyəcanı aniolsa, yaşamağa çalışdılar. Geyim sexlərinə, səs və işıq idarəetmə  otaqlarına, görkəmli teatr xadimlərinin şəxsi kolleksiyanı xatırladan qrim otaqlarına baxdılar. Dolğun günün tamaşa proqramında balacalar üçün “Nağıl qonaqlığında”, böyüklər üçün isə “Və qadın gəlirdi...” nümayiş olundu.

Hazırda əsas səhnəsi təmir-bərpada olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı seyrçilərini Bakı Musiqi Akademiyasının Opera studiyasında toplayaraq rus klassiki A.P.Çexovun  məşhur “Qağayı” pyesi əsasında eyniadlı tamaşanın premyerasını etdi. Premyeranı tanınmış ədəbiyyat, incəsənət və teatr xadimləri də izlədilər.

Dünya Teatr Gününün xoş təşəbbüsünə qoşulan Yuğ Dövlət Teatrı da müvəqqəti yerləşdiyi məkanda H.İbsenin əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasını nümayiş etdirdi. Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov seyrçiləri salamladı, ədəbi hissə müdiri Elçin Cəfərov və rejissor Gümrah Ömər çıxış edərək, teatrın tarixi, poetikası haqqında danışdılar.

Şuşa Dövlət Musiqili Dram Teatrı da teatralların maraqlı və yaddaqalan gün keçirmələrinə nail oldu. Qonaqlar əvvəlcə müxtəlif tamaşalardan olan səhnə geyimləri və rekvizitlərin foyedə təşkil olunan sərgisi ilə tanış oldular. Ardınca qrim otaqlarına, geyim sexlərinə daxil oldular. Sonra isə “Danışan gəlincik” (uşaqlar üçün) və “Dəli Domrul” (böyüklər üçün) tamaşalarına baxdılar.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da təşəbbüsə məmnuniyyətlə qoşuldubalaca teatrsevərlərin könlünü xoş etməyə çalışdı. Binanın önündə bir neçə saat öncədən növbə gözləyən həyəcanlı uşaqlaronlardan heçgeri qalmayan böyüklər geyim sexləri, kuklaların hazırlandığı otaqlar, bədii-quruluş hissəsi, işıq və səs rejissorlarının pultları ilə yaxından tanış oldular, prosesini izlədilər. Ardınca rekvizit və kuklaların saxlandığı otaqlara, səhnə arxasına, aktyorların kuklalarla məşq etdiyi güzgülü zala daxil oldular. Anşlaqla baş tutan tamaşalarüç seansdaAğcayeddi Cırtdan” və “Durna balığı” balacaların yaddaşında xoş izlər buraxa bildi.

Gününü teatrda keçirən çoxsaylı və məmnun insanlar arasında görkəmli teatrşünas, qocaman teatr xadimi ilə görüşmək istəyənlər də az deyildi. Müstəqil “Səhnə” teatrının sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovla təşkil etdiyi görüş günün ən yaddaqalan tədbirlərindən oldu.

Ölkəmizdə və onun hüdudlarından kənarda tanınan alim ustad dərsində ümumilikdə müasir teatr, onu qarşısında duran məsələlər, yaşanan çətinliklər barədə maraqlı fikirlər səsləndirdi. Milli teatrımızın problemlərindən danışdıqca nikbinliyini qoruyan mütəxəssis maraqlı müqayisələr də apardı. Qonşu ölkələrin teatr təcrübəsi, festivalları, dövlət və müstəqil teatrlar siyasəti, ümumilikdə teatrı inkişafına sövq edən təşəbbüs və layihələr barəsində yığcam məlumatlar verdi.

 

***

 

Dünya Teatr Günündə sənət ocaqlarına kütləvi axın aksiyası bölgələrdə də müşahidə olunub.

 

Gəncə və Qax Dövlət Kukla teatrlarında “Teatrda bir gün” layihəsi çərçivəsində “açıq qapı” günü keçirilib.

Gəncəli balaca teatrsevərlər öncə teatrın qarşısında nağıl qəhrəmanları ilə görüşmək şansı qazanıblar. Sonra şar şou təqdim olunub. Balacalar teatrın foyesində təşkil olunmuş sərgidə müxtəlif tamaşalara çəkilmiş eskizlərlə də tanış olub, rəssam emalatxanasına, qrimgeyim otaqlarına baxıblar. Sonra Vətən müharibəsinin iştirakçısı olan teatrın baş rejissoru Şamil Məmmədli ilə görüş keçirilib. Günün sonunda isə balacalaraNovruz əhvalatları” adlı tamaşa təqdim olunub.

Qaxlı kuklasevərlər də günlərini teatrla zənginləşdiriblər. Teatrda ekskursiyanın ardınca onlara repertuardakı maraqlı və baxımlı “Qoğal” tamaşası nümayiş etdirilib.

 

Lənkəran Dövlət Dram Teatrında təşkil olunan tədbirlər də sənətsevərlərin ürəyincə olub. “Açıq qapı” aksiyasına qatılanlar əvvəlcə foyedə  açılmış Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını əks etdirən rəsm sərgisinə baxıb, texniki yaradıcılıq laboratoriyası, qrim otaqları ilə tanış olub, sonra Kamal Abdullanın “Casuspyesi əsasında səhnələşdirilən tamaşanın məşqlərini izləyiblər.

Sumqayıt Dövlət Dram Teatrında şəhərdəki S.Vurğun adına Mərkəzi Kitabxananın balaca oxucuları üçün “Baxın mənə, görün məni” adlı ekskursiya təşkil edilib.

 

Teatrın direktor müavini, Əməkdar artist Vidadi Məmmədov sənət ocağının tarixi, vaxtilə bu teatrda çalışmış görkəmli aktyorlar haqqında məlumat verib. Qonaqlar teatrın konfrans zalı, butafor, əlbəsə sexləri, işıq rəssamının işi, qrim otaqları barədə bilgi alıblar. Sonra Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan Hafiz Ataxanlının müəllifi olduğu, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi iki hissədən ibarət “Xəzinə” tarixi dramının məşqinə baxış olub.

Qusar Dövlət Ləzgi Dram Teatrı yerli sənətsevərləri yaradıcı prosesi ilə tanış edib. Foyedə səhnə geyimləri, dekorasiyalar, tamaşalara çəkilən eskizlərlə tanışlıq imkanı yaradılıb. Ardınca “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.

Teatra verilən təyin-təriflər arasında ən xoşuma gələni başdan-başa ümidinam olanTeatr kütləni xalqa çevirə bilən qüvvədir” sözləridir. Bunu 27 mart gününü teatr binaları arasında qalan çoxluqda itib-batan adam kimi görmək xoşbəxtlikdirsə, deməli, teatr daim yaşayacaqyaşadacaq. Ən azı yüksək sənət arzusu ilə yaşamaq istəyənləri...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.1;5.