Sloveniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
heyəti ilə görüşüb
Sloveniya Prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin heyətini qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü – Gürcüstanın sabiq xarici işlər naziri Eka Tkeşalaşvili, baş katib Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli iştirak ediblər. Mərkəzin regional və qlobal miqyasda həyata keçirdiyi layihələr, Ukraynadakı hadisələrin yaratdığı qaçqın böhranı və onun doğura biləcəyi fəsadlar barədə müzakirələr aparılıb.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Sloveniya Prezidenti Borut Pahor IX Qlobal Bakı Forumuna dəvət edilib.
Mərkəzin həmsədri Vayra
Vike-Freiberganın müəllifi olduğu
“Nizami Gəncəvinin “Yeddi
gözəl”i və ədəbiyyatdan digər esselər”
kitabı və “Qələmin sehri: Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” adlı nəşr
Sloveniya Prezidentinə təqdim olunub.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.3.