31 mart Azərbaycanlıların
Soyqırımı Günüdür
Azərbaycan tarixinin ən
qanlı səhifələrindən olan
1918-ci ilin mart
qırğınlarından 104 il ötür.
Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə Bakıda və ətraf kəndlərdə, eləcə də daha sonra Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda, Qarabağın azərbaycanlı kəndlərində törətdiyi qırğınlarda minlərlə insan – müsəlman-türklər, habelə digər millətlərdən olanlar (ləzgilər, talışlar və s.) qətlə yetirilmişdi.
1918-ci il qırğınlarının ən qanlısı martın 31-də Bakıda yaşanmışdı. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin bir hissəsini xarabalığa çevirmişdilər...
Prezident Heydər Əliyev 26 mart 1998-ci
ildə imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” fərmanda bu
acı hadisələrə və ümumilikdə XIX əsrin əvvəlində
Şimali Azərbaycanın Rusiyaya ilhaqından sonra
ermənilərin Azərbaycan torpaqlarına
köçürülməsi, azərbaycanlılara
qarşı həyata keçirilmiş
soyqırımı siyasətinə tarixi-siyasi
qiymət verilib. Sənəddə
erməni millətçi qüvvələri tərəfindən
azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə
həyata keçirilmiş qətliamlar,
azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki
deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara
qarşı etnik təmizləmənin
aparılması, bu prosesin
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davam etməsi təhlil olunub.
Fərmana əsasən, 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilib.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.1.