Türk dünyası Bursada bir araya gəlir

 

Türk Dünyasının Mədəniyyət Paytaxtıilinin rəsmi açılışı keçiriləcək

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən 2022-ci ildəTürk Dünyasının Mədəniyyət Paytaxtıelan edilən Bursa bu missiyanı rəsmən qəbul edir. 30-31 mart tarixlərində Bursa şəhərində Türk dünyasının geniş nümayəndə heyətlərinin iştirakı ilə silsilə tədbirlər keçiriləcək.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 29-da Türkiyəyə yola düşüb.

“Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtıilinin açılış proqramı martın 30-da səhər saatlarında Osmanqazi Orhanqazi türbələrinin ziyarət olunması ilə başlayacaq. Bursanın tarixi tikililərindən olan Uzunçarşıda Türk Dünyasının Mədəniyyət Paytaxtı Koordinasiya  Mərkəzinin açılışı keçiriləcək. Axşam isə 20 ölkədən solist bədii kollektivlərinümumilikdə 700-dək sənətçinin iştirakı ilə möhtəşəm açılış konserti olacaq.

Martın 31-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar toplantısı keçiriləcək. Toplantıda təşkilatın gələcək fəaliyyəti ilə bağlı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, bu günlər TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin müxtəlif şəhərlərində silsilə Novruz mərasimləri keçirilib. “Türk dünyasının yeni gün görüşməsi – Novruz-2022” şüarı ilə gerçəkləşən mərasimlər son bir neçə gündə Bursanın Osmanqazi, Kestel, İnegöl, Gemlik rayonlarında davam edib.

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.1.