Aşıq Sənəti Dövlət
Muzeyində görüş
Ağstafa RMİ və Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində regionun saz-söz adamları ilə görüş keçirilib.
İcra başçısı Məmməd Məmmədov çıxışında aşıq sənətinin Azərbaycan xalqının tükənməz milli-mənəvi sərvətlərindən olduğunu bildirib, bu gün ölkəmizdə bu sənətə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev regionda aşıq sənətinin inkişafı və təbliği üçün aşıqların bu ocaqda mütəmadi görüşməsinin, gənclər arasında aşıq sənətinə marağın daha da artırılmasının vacibliyini bildirib. İdarə rəisi həmçinin bu istiqamətdə mütəmadi olaraq aşıq festival-müsabiqələrinin keçirilməsinin də faydalı olacağını deyib. O, may ayında Tovuzda böyük bir saz-söz şöləninin təşkil edilməsinin planlaşdırıldığını bildirib.
Görüşdə mövzu
ətrafında müzakirələr aparılıb, təkliflər
səsləndirilib.
Mədəniyyət.- 2022.- 6 may.-
S.4.