Masallıda “Art Zone” rəngkarlıq
simpoziumunun sərgisi
Masallı RMİ Masallı Dövlət Rəsm Qalereyasında 5-ci
“Art Zone” simpoziumu iştirakçılarının
sərgisi keçirilib.
“Art Zone” simpoziumu Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayevanın
təşəbbüsü və dəstəyi, “Nəfəs – insanlığa
dəstək”, “Avrasiya
beynəlxalq araşdırmalar
institutu”, “Regional hüquqi
və iqtisadi maarifləndirmə” ictimai
birliklərinin təşkilatçılığı
ilə gerçəkləşib.
Layihənin məqsədi ölkəmizin
mədəni həyatına
fərqli baxış
və yeniliklər gətirmək, fırça
ustalarını tanıtmaq,
rəssamlıq ənənələrinin
gənc nəsillərə
ötürülməsinə töhfə verməkdir.
Simpoziumun sərgisi mayın 20-dək
davam edəcək.
Mədəniyyət.- 2022.- 6 may.-
S.4.