“Əsl Cahandardır…”

 

İsmayıl Şıxlı əvvəlcə onun baş rolda çəkilməsinə razılıq verməmişdi...

 

 

 

Çoxları onu daha çox Cahandar ağa obrazı ilə tanıyır. Ancaq aktyorun səhnə və ekran obrazlarını göz önünə gətirəndə zəngin yaradıcılıq tərcümeyi-halı ilə qarşılaşırsan. Bu il 100 yaşı tamam olan Xalq artisti Ələddin Abbasov Gəncə səhnəsində parlaq obrazlar yaratmaqla yanaşı, filmlərdə də aktyor məharətini ortaya qoyub, tamaşaçı rəğbəti qazanıb.

 

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Erkən çağlardan səhnə sənətinə həvəs göstərir. Bu həvəsi 1938-ci ildə onu Gəncə Dövlət Dram Teatrı nəzdindəki aktyor studiyasına aparır. Burada görkəmli aktyor Məmmədrza Şeyxzamanovun rəhbəri olduğu dərnəkdə səhnə sənətinin sirlərinə yiyələnməyə başlayır. Dərnək üzvləri Cəfər Cabbarlının “1905-ci ildə” əsərindən parçalar hazırlayırlar və gənc Ələddin Abbasov da ilk dəfə səhnədə çıxış edir. O daha sonra Gəncə teatrında kütləvi səhnələrdə yer alır. 1939-cu ildən isə aktyor kimi həyatını teatrla bağlayır.

 

İki il sonra müharibə başlayır. 1941-ci ildə 19 yaşlı Ələddin böyük qardaşı ilə birgə cəbhəyə gedir. Döyüşlər səngiyəndə əsgərlər qarşısında döyüş yoldaşları ilə birgə səhnəciklər göstərir. Otellonun monoloqunu, M.P.Vaqifin şeirlərini söyləyir. Müharibə başa çatandan sonra vətənə dönür. Qardaşı isə müharibədə həlak olur...

 

Ələddin Abbasovun səhnə fəaliyyəti ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrı ilə bağlı olub. Ali aktyorluq təhsili olmasa da, yaradıcılığı yüksək peşəkarlıqla səciyyələnib. Bu teatrın səhnəsindəSəyavuş”, “Fərhad Şirin”, “Aydın”, “Qaçaq Nəbi”, “Otello s. tamaşalarda baş rollarda çıxış edib.

 

Aktyorun C.Cabbarlı dramaturgiyasına xüsusi sevgisi olub, əsərlərinin tamaşasında həmişə baş rolları oynayıb. Övladlarına isə görkəmli dramaturqun  qəhrəmanlarının adını verib. Sənətkar xatirələrində deyib: “O vaxtlar teatrımızda İbrahim Həmzəyev adlı bir aktyor vardı. Bir dəfə tamaşa zamanı o, lojada əyləşir mənim oyunuma diqqətlə tamaşa edir. Tamaşa başa çatandan sonra teatrın direktoruna yaxınlaşır deyir: bu uşaq sərxoş vəziyyətdə teatra niyə buraxılıb? Direktor məni kabinetinə çağırdı tənbeh etdi. Dedi ki, üçün içkili halda teatra gəlmisən? Dedim ki, mən heç içki içən deyiləm. İbrahim kənardan söhbətimizə qulaq asırdı. Yaxın gəlib soruşdu ki, doğrudan, içkili deyilsən? And içdim ki, içməmişəm. Rolum bu cür idi, mən elə oynadım. Məni qucaqlayaraq öpdü dedi: “Ay sənin qadanı alım, yaxşı oynadın bu obrazın kefli vəziyyətini...”.

 

Ələddin Abbasov səhnə uğurlarını ekranda da davam etdirməyi bacaran sənətkarlardandır. Çəkildiyi filmlərdə həyat verdiyi obrazların koloritli alınmasına çalışıb buna nail olub. Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi olan aktyorDəli Kür” (Cahandar ağa), “Mən ki gözəl deyildim” (İmran), “Özgə vaxt” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş), “Nizami” (Xaqani Şirvani), “Torpaq. Dəniz. Od. Səma” (Əli), “Qətl günü” (Zülfüqar) s. bədii filmlərdə yaratdığı obrazlarla yaddaşlarda iz qoyub.

 

Sənətkarın ən məşhur ekran rolu isə, sözsüz ki, “Dəli Kür”də Cahandar ağa obrazıdır. Araşdırmalarda qeyd olunur ki, Ələddin Abbasov Məmmədrza Şeyxzamanov, Adil İsgəndərov və Mehdi Məmmədov kimi sənətkarlarla yaxın dost olub. Onun “Dəli Kür” filmində Cahandar ağa obrazına çəkilməsini də Adil İsgəndərov təklif edib. O, 1969-cu ildə Tiflisdə qastrolda olarkən eyni vaxta kinostudiyanın direktoru Adil İsgəndərov və  kinorejissor Hüseyn Seyidzadədən teleqram alır. Onu təcili Bakıya çağırırlar. Kinostudiyada Ə.Abbasova deyirlər ki, bəs səni “Dəli Kürfilminin çəkilişləri üçün çağırıblar. Düşünmür ki, onu baş rolaCahandar ağa roluna çəkərlər. Fikirləşir ki, bu yəqin sıradan bir obraz olar. Cahandar ağa roluna başqa altı aktyor sınaq çəkilişinə dəvət olunsa da, onun ifası qəbul olunur. Xalq yazıçısı İsmayıl Şıxlı əvvəlcə onun baş rolda çəkilməsinə razılıq verməsə də, sınaq çəkilişlərindən sonra “Əsl Cahandardır ki, durub...” demişdi. Beləliklə, “Dəli Kürün çəkilişləri üçün hazırlığa başlanılır. Rejissor aktyorlarla at çapmağı öyrənmək üçün cıdıra gedir. Hüseyn Seyidzadə fikirləşir ki, Ələddin Abbasovun Cahandar ağa kimi at çapması üçün nə qədər vaxt lazım olacaq. O isə məşqçi gəlməmiş atın belinə qalxır. Çox çevik şəkildə atı bir neçə dəfə o tərəf-bu tərəfə çapır. Rejissor və tamaşaçılar onun at çapmasına təəccüb edirlər. Ələddin Abbasov gülə-gülə atdan düşürdeyir: “Mən Kəpəzin ətəyindən Murova, ordan Hacıkəndə, Samux meşələrinə qədər at çapa-çapa böyümüşəm...”.

 

Səhnə və kinodakı əməyi yüksək qiymətləndirilən aktyor 1958-ci ildə “Əməkdar artist”, 1971-ci ildə isə “Xalq artisti” fəxri adlarını alıb. 2003-cü ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

Sənətdə parlaq iz qoyan, tamaşaçı yaddaşında heykəlləşən görkəmli aktyor son dəfə Gəncə teatrında “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev) tamaşasında Böyük bəy rolunda səhnəyə çıxıb. 13 iyul 2014-cü ildə vəfat edib, Gəncədə Fəxri xiyabanda dəfn olunub. 2013-cü ildə aktyor haqqında “Əfsanəyə çevrilən adam” qısametrajlı sənədli televiziya filmi çəkilib.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 6 may.- S.6.