Holokost Memorial Muzeyində azərbaycanlıların
soyqırımından söz
açılıb
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtondakı Holokost Memorial Muzeyini ziyarət edib.
Muzeylə tanışlıqdan sonra nazirin ABŞ Holokost Memorial Şurasının sədri Stüart Eysenstatla görüşü olub.
Söhbət zamanı Azərbaycanın multikultural dəyərlərindən bəhs edən Anar Kərimov əsrlər boyu ölkəmizdə yaşayan yəhudi icması haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif yerlərində törətdiyi soyqırımının qurbanları arasında yəhudilər də olub.
Nazir bildirib ki, Azərbaycanın Quba şəhərində yaradılan Soyqırımı Memorial Kompleksində azərbaycanlılarla bərabər bu qırğınların qurbanı olmuş yəhudilərin də xatirəsi hər zaman sayğı ilə yad edilir. Qeyd olunub ki, yəhudi xalqının üzləşdiyi müsibət – Holokost haqqında Azərbaycanda məktəb dərsliklərində məlumatlar yer alıb. Azərbaycan antisemitizmlə mübarizəyə həsr olunmuş müxtəlif səpkili tədbirlərə ev sahibliyi edir.
Görüş zamanı Holokost Memorial Muzeyinin yəhudilərə qarşı
törədilmiş soyqırımının gələcək
nəsillərə çatdırılmasında mühüm rolundan bəhs
olunub. Həmçinin bu
sahədə Quba Soyqırımı Memorial Kompleksi ilə gələcək
əməkdaşlığın, arxiv
materiallarının üzə çıxarılması və
təbliğinin, məlumat mübadiləsinin vacibliyi
vurğulanıb.
Mədəniyyət.-2022.- 6 may.-
S.3.