Bakı baharının caz havası

 

Beynəlxalq Caz Günü münasibətilə silsilə konsert və tədbirlər keçirilib

 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 29-dan mayın 4-dək Beynəlxalq Caz Günü (30 aprel) münasibətilə silsilə konsertlər, caz musiqisi mövzusunda konfrans keçirildi.

2012-ci ildə UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli caz pianoçusu Hörbi Henkokun təşəbbüsü ilə qurum tərəfindən təsis edilən bu gün cazsevər ölkələrdə rəngarəng konsert proqramları ilə yadda qalır. Azərbaycan da caz sənətinin inkişaf etdiyi, özünəməxsus ənənələri olan ölkələrdəndir. Paytaxtımız 2005-ci ildən ənənəvi beynəlxalq caz festivalına da ev sahibliyi edir.

Silsilənin açılış konserti Beynəlxalq Muğam Mərkəzində (BMM) gerçəkləşdi. Əməkdar mədəniyyət işçisi Rahib Azərinin aparıcılığı ilə başlayan “Bakı – şəhərim mənim” adlı konsert proqramında “Baku Brass Big Bandqrupunun ifaları təqdim olundu. Qrupun bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi Əlibala Rzayevdir. Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin nəzdində yaradılan kollektivin təqdim etdiyi proqram böyük coşqu ilə qarşılandı.

 

Rahib Azəri caz musiqisinin inkişafı, Bakıda təşəkkül tapması, şəhərin caz ənənələri, Pərviz Rüstəmbəyov, Niyazi, Tofiq Quliyev, Vaqif Mustafazadə və Rafiq Babayevin bu sahədə xidmətlərini yada saldı.

 

Sonra orkestrin ifasında bir-birindən maraqlı kompozisiyalar təqdim olundu. Vasif AdıgözəlovunGözəl Bakı”, Əlibala RzayevinBahar balladası”, Qara QarayevinNeftçilər marşı”, H.HenkokunChamilion”, A.Piazollanın “Oblivion”, P.BeltramınSvey sonda yenə Ə.RzayevinZəfər sevincikompozisiyaları tamaşaçıların gur alqışları ilə qarşılandı.

 

Həmin gün Rəşid Behbudov adına Mahnı TeatrındaCəngiansamblının konserti caz bayramına xüsusi ovqat bəxş etdi. Xalq artisti Mircavad Cəfərovun rəhbərliyi ilə ansambl bir-birindən maraqlı nömrələr səsləndirdi. Musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini, muğam üstündə caz kompozisiyaları ifa etdilər. Xatırladaq ki, “Cəngiqrupu əsasən xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyalarla tamaşaçıların qarşısına çıxır.

 

Beynəlxalq Caz Gününün sədaları həmin gün axşam BMM- daha bir konsertlə davam etdi. “H3 Collektive Presetens”in ifasında Amerika cazı, Şərqi Avropa Afrika motivli nömrələr caz musiqisinin əsrarəngiz çalarlarını nümayiş etdirdi. Firudin Həmidov (trumpet), Afşin Əlizadə (piano, keyboards), Nicat Paşazadə (bas-gitara), Əli Nəsib (zərb alətləri), Nicat Məmmədov (fleyta), Camal Bayramlı (saksofon) Nicat Məmmədli (keyboards) öz çıxışları ilə cazın gözəlliklərini, dərin düşündürücü məqamlarını bütünlükdə tamaşaçılara aşılamağa çalışırdılar. Bütün ifalar alqışlarla mükafatlandırıldı.

 

Silsilənin daha bir konsert proqramı aprelin 30-da BMM- təqdim olundu. Konsertdə ölkəmizin tanınmış caz ifaçıları kollektivləri bir araya gəldilər. Konserti izləyənlər arasında mədəniyyət naziri Anar Kərimov, digər rəsmilər, mədəniyyət xadimləri, ziyalılar gənclər var idi.

 

Konsertdən əvvəl Əməkdar mədəniyyət işçisi Rahib Azəri caz sənətinin Azərbaycanda inkişafı konsertdə iştirak edən kollektivlərdən söz açdı.

 

Sonra səhnə tanınmış caz ifaçılarının ixtiyarına verildi. Xalq artistləri Cəmil Əmirov, Salman Qəmbərov, Əməkdar artist Ruslan Hüseynov, gənc caz qrupları ifaçılar “H3 Collective”, Ülviyyə Rəhimova, Nərmin Məmmədli, Nicat Aslanov, Firudin Həmidov, Afşin Əlizadə, Arslan Növrəsli bir-birini səhnədə əvəz etdi.

 

Onu da bildirək ki, həmin gün Xalq artisti Cəmil Əmirov 65 illik yubileyini elə səhnədə qeyd etdi. Konsert boyu maraqlı ifalar bir-birini əvəzlədikcə özünəməxsus caz traktovkaları Azərbaycan caz sənətinin müasir inkişafını əks etdirirdi. Konsertdə gənc musiqiçi Məhəmməd AllahverdiyevinQarabağ şikəstəsiadlı caz gəzişmələri üzərində vokal partiyalar da maraqla qarşılandı. Gecənin möhtəşəm çıxışlarından biri Xalq artisti Ənvər SadıqovunQaytağıansamblının çıxışı oldu. Proqram Əməkdar artist, tanınmış zərb alətləri ifaçısı Tofiq CabbarovunBakuba Band” qrupunun ifaları ilə yekunlaşdı.

 

Beynəlxalq caz günləri çərçivəsindəAzərbaycanda qonşu bölgələrdə caz: ənənələr, problemlər perspektivlərmövzusunda onlayn beynəlxalq konfrans da təşkil edildi. Mədəniyyət Nazirliyinin İncəsənət qeyri-maddi mədəni irs şöbəsinin baş məsləhətçisi Turan Məmmədəliyevanın moderatorluğu ilə keçən konfransda Cəsur Xəlilov (Tacikistan), Natəvan Hüseynova (Niderland-Azərbaycan), Munara Korpotayeva (Qırğızıstan), Veronika Tormaxova (Ukrayna), Aybəniz Növrəsli (Azərbaycan), Fərizə Babayeva (Azərbaycan), Lalə Rzayeva (Azərbaycan) Turan Məmmədəliyeva çıxış etdilər.

 

“Coffee & Jazz” kafedə keçirilən konfransda caz üzrə müəllim tədqiqatçı, R.Qlier adına Kiyev Bələdiyyə Akademiyasının dosenti Veronika Tormaxova çıxış edərək Ukrayna cazı haqqında məlumat verdi. Jurnalist, caz tədqiqatçısı Natəvan Hüseynova caz ifaçılığında özünütənqidin olmaması ilə bağlı söz açdı. Tacikistandan olan cazmen, Düşənbədə keçirilən etno-caz festivalının art-direktoru Cəsur Xəlilov festival ənənələrindən caz təhsilindən danışdı. Müasir eston cazına kiçik ekskursiya İrina Svenson (Estoniya) tərəfindən təqdim edildi.

 

Rusiyada keçirilən festivalların xüsusiyyətləri, festivalın uğuru onun müvəffəqiyyətli olması üçün əsas prinsiplər haqqında İqor Butman Fondunun icraçı direktoru Roman Xristyuk bəhs etdi. Pianoçu musiqi təşkilatçısı, Bişkekdə bir neçə festivalın art-meneceri Munara Korpotayeva bu sahədə təhsil problemlərinə, tənqidlərə diqqət ayrılmaması məsələlərinə nəzər saldı. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas Aybəniz Növrəsli ölkəmizdə caz ifaçılığı problemləri mövzusunda fikirlərini bölüşdü.  Konfrans iştirakçılarının ortaq fikri bu oldu ki, ünsiyyət, əməkdaşlıq mədəniyyətlərarası dialoq üçün geniş bir zəmin yaradılması məqsəd kimi qarşıya qoyulmalıdır.

 

Mayın 1-də “Coffee & Jazz”da musiqişünas Fərizə Babayevanın təqdimatında Rafiq Babayev: mövzu variasiyalaradlı seminar-diskussiya gerçəkləşdi. Vurğulandı ki, ötən əsrin ortalarında Azərbaycan caz sənətinin yeni parlaq səhifələrini yazanlar sırasında Xalq artisti Rafiq Babayevin adı var. 1967-ci ildə Estoniyanın Tallinn şəhərində keçirilən beynəlxalq caz festivalında R.Babayevin ansamblı laureat adına layiq görülüb. OnunBayatı-kürdladında ifa etdiyi kompozisiya xüsusi qeyd edilir. Həmin illərdə sənətçi ictimai işlərlə məşğul olur, müxtəlif müsabiqələr, baxış festivallar təşkil edir. Onun yaradıcılıq fəaliyyəti pedaqoji işlə, gənc instrumental musiqiçi vokalçılarla həmişə bağlı olub.

 

Seminarda müasir dövrdə R.Babayev ənənələrinin yaşadılması mövzusunda fikir mübadiləsi aparılıb.

 

Mayın 3-də layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Ruslan Ağababayevin caz triosu çıxış edib. Konsertin dəvətli qonağı tarzən, Əməkdar artist Şəhriyar İmanov olub. Konsertdə ənənəvi, etno-caz, latino üslubunda təqdim edilən ifalar alqışlarla qarşılanıb.

 

Bakıda caz günlərinin son akkordlarınıQayaansamblı vurdu. Mayın 4-də BMM- gerçəkləşən musiqi axşamında aparıcı Rahib Azəri böyük coşqu dolu konsertlərə görə Mədəniyyət Nazirliyinə, layihənin rəhbəri Turan Məmmədəliyevaya zallarda anşlaq yaradan tamaşaçılara təşəkkürünü bildirdi. O, “Qayaansamblının tarixi indiki fəaliyyəti haqqında da məlumat verdi.

 

Sonra ansamblın gənc üzvləri səhnəyə çıxaraq həm retro, həm müasir repertuardan musiqi nömrələri təqdim etdilər. Beləliklə, daha bir caz bayramı xoş təəssüratlarla tarixə qovuşdu.

 

Lalə

 

Mədəniyyət.-2022.- 6 may.- S.1;3.