Sabirabadda “Təmiz heykəl” aksiyası
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir müddət əvvəl paytaxtda başlanan “Təmiz heykəl” layihəsi bölgələrdə də davam edir.
Layihə çərçivəsində
mayın 6-da Sabirabad Rayon
İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət
İdarəsinin birgə təşkilatçılığı
ilə görkəmli Azərbaycan şairi
Mirzə Ələkbər Sabirin rayon mərkəzində yerləşən
heykəli yuyulub. Abidənin ətrafında
təmizlik, abadlıq işləri görülüb.
Mədəniyyət.- 2022.- 11 may.-
S.4.