“Rənglənmiş tarix”
Şamaxı və Gəncədə
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Rənglənmiş tarix” layihəsinin növbəti sərgiləri Şamaxı və Gəncə şəhərlərində təşkil edilib.
İsmayıllı RMİ-nin əhatə etdiyi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində açılan sərgidə Şuşadan olan bir sıra görkəmli musiqi xadimlərinin fotoları nümayiş olunub.
Gəncə Dövlət Filarmoniyasında təşkil olunan fotosərgidə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov iştirak ediblər. Sərgidə Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin ağ-qara fotoları rəqəmsal üsullarla rənglənmiş versiyada nümayiş olunub.
Mədəniyyət.- 2022.- 11 may.-
S.4.