Qarabağın əzəmətli zirvəsi
Yerlərdəki mədəniyyət müəssisələrində “Şuşa İli”nin tədbirləri davam edir. Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər onbirillik Musiqi məktəbinin təşəbbüsü ilə “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə məktəbin istedadlı yetirmələri tərəfindən bir-birindən maraqlı kompozisiyalar təqdim olunub.
***
Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Şuşa Qarabağın əzəmətli zirvəsi” adlı teatrlaşdırılmış kompozisiya təqdim olunub. Kompozisiyada S.Vurğunun “Vaqif”, N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, Ə.Haqverdiyevin “Dağılan tifaq” pyeslərindən, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından parçalar nümayiş etdirilib. Rolları Rəşad Rüstəmov, Sələmə Məhərrəmova, Şöhrət İbrahimxəlilov, Cavidan Əlizadə və başqaları ifa ediblər. Tədbirdə həmçinin Q.Zakir və X.Natəvanın qəzəlləri ifa olunub, “Uzun ömrün akkordları” (Üzeyir Hacıbəyli haqqında) bədii filmindən fraqmentlər göstərilib, “Azərbaycanım” saz havası səsləndirilib, Şuşanın görüntüləri nümayiş etdirilib.
***
Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi – Şuşa” adlı tədbir keçirilib. Tədbirdə “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı sərgiyə baxış olub.
***
Lənkəran RMİ-nin
təşkilatçılığı ilə Lənkəran
şəhər Mədəniyyət Mərkəzində
C.Cabbarlı adına 1 nömrəli Uşaq
musiqi məktəbinin müəllim və
şagird kollektivinin
hazırladığı “Əziz Şuşa,
sən azadsan!” adlı musiqi
proqramı təşkil olunub. RMİ-nin rəisi Şahin
Şahbazovun çıxışından
sonra bədii hissəyə keçilib. Musiqi məktəbinin
müəllim və şagirdlərinin ifasında vətənpərvər
ruhlu xalq və bəstəkar
mahnıları, şeirlər səsləndirilib. Şagirdlər
Dədə Qorqudun dilindən
“Şuşanın tarixi” adlı səhnəcik
təqdim ediblər.
Mədəniyyət.- 2022.- 11 may.-
S.4.